Türkiyə şirkəti qazdan yanacaq istehsal edəcək

Türkiyə şirkəti qazdan yanacaq istehsal edəcək

Türkiyənin “Rönesans Holding” şirkəti Türkmənistanın Axal vilayətində təbii qazdan benzin istehsal edən müəssisə tikir.

OilGas.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı şirkətin İdarə Heyətinin sədri Erman Ilıcak Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb. Görüşdə türkiyəli iş adamı tikinti barədə dövlət başçısına məlumat verib.

Q.Berdiməhəmmədov bu layihənin uğurlu icrası ilə ölkədə neft-qaz sənayesinin inkişafına mühüm töhfə veriləcəyini qeyd edib.

2571 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ