Türkiyə Rusiya qazından asılılığını artırır – Tarixi rekord

Türkiyə Rusiya qazından asılılığını artırır – Tarixi rekord

2017-ci il yanvarın 1-dən dekabrın 15-dək Rusiyanın “Qazprom” şirkəti Türkiyəyə 27,6 milyard kubmetr təbii qaz nəql edib.

OilGas.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib. Bu ilki göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 18,8% daha çox olmaqla yanaşı, eyni zamanda tarixi rekorddur:

“2017-ci ilin 11,5 ayı ərzində “Qazprom” Türkiyə Respublikasına – şirkətin ikinci ən böyük xarici bazarına 27,6 milyard kubmetr qaz ixrac edib. 2014-cü ildə Türkiyəyə 27,3 milyard kubmetr qaz nəqliylə müəyyənləşdirilmiş tarixi rekord qırılıb”.

Şirkətin məlumatına əsasən, inşa edilməkdə olan “Türk axını” qaz kəmərinin regionuna daxil olan bütün ölkələrə qaz nəqli həcmində yüksəliş var. Xüsusilə, Yunanıstana 10,1%, Bolqarıstana 5,7%, Macarıstana 22%, Serbiyaya 23,5% daha çox  qaz tədarük edilib.

OilGas.az

432 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ