Türkiyə Qara dənizdə neft axtarışına başlayır – Nazir

Türkiyə Qara dənizdə neft axtarışına başlayır – Nazir

Türkiyə Qara dəniz və Aralıq dənizləri şelfində karbohidrogen ehtiyatlarının kəşfiyyatına başlayır.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak məlumat verib. Onun sözlərinə görə, bu il ərzində Türkiyə Aralıq dənizində ilk quyusunu qazacaq.

Türkiyə Energetika və Təbii Ehtiyatlar Nazirliyinin hesabatında qeyd olunub ki, yeni neft-qaz yataqlarının kəşfiyyatı üzrə iş çərçivəsində ümumən 56 quyu qazılıb. Onlardan 54-ü quruda, 2-si isə dənizdə yerləşir.

Xatırladaq ki, 2014-cü ilin aprelində Türkiyədə meşə və milli parklarda neft kəşfiyyatını həyata keçirməyə icazə verən qanun qüvvəyə minib.

OilGas.az

 

290 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ