“Türkiyə Petrolları”nın neft emalı lisenziyasının müddəti uzadıldı

“Türkiyə Petrolları”nın neft emalı lisenziyasının müddəti uzadıldı

Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyi Türkiyə Petrolları Anonim Ortaqlığının (TPAO) Diyarbekirdə sahib olduğu neft emalı lisenziyasının müddətini uzadıb.

OilGas.az xəbər verir ki, bu barədə qərar bu gün Rəsmi qəzetdə dərc olunub. Lisenziyanın müddəti 10 il üçün uzadılıb. Beləliklə yeni qərar əsasən, lisenziya 2017-ci il noyabrın 2-ə qədər keçərli olacaq.

Bundan əlavə, “Enpet Enerji” şirkətinə Düzce rayonunda 5 il ərzində neft kəşfiyyatı aparmaq üçün lisenziya verilib.

OilGas.az

471 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ