Türkiyə ilə Əlcəzair anlaşdı – 1 milyard dollarlıq saziş

Türkiyə ilə Əlcəzair anlaşdı – 1 milyard dollarlıq saziş

“Əlcəzairi bölgəsində siyasi və iqtisadi bir sabitliq adası olaraq görürük. Bizim Afrikada ən böyük ticarət ortağımız Əlcəzairdir”.

OilGas.az türk mediasına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə-Əlcəzair Biznes Forumu”nda deyib. Türkiyə lideri ölkələr arasındakı mövcud ticarət əlaqələrinin hazırki vəziyyətindən və gələcəkdə planlaşdırılan inkişafından da bəhs edib:

“Sözün düzü, hazırda mövcud olan 3,5 mlrd. dollarlıq bu ticarət həcminin kifayət qədər olmadığını düşünürəm. Axşam dəyərli Baş nazir qardaşıma, dostuma da dedim ki, ən qısa zamanda bunu heç olmasa 5 mlrd. dollara yüksəltməyimizdə fayda var. Sonrakı mərhələdə bu rəqəm 10 mlrd. dollara da yüksələ bilər”.

“Əlcəzairin milli enerji şirkəti olan “Sonatrach” ilə ölkəmizdə ön sıralarda yer alan “Rönesans” və “Bayegan” arasında Adana azad ticarət zonasında 1 mlrd. dollarlıq razılaşma əldə olunub. Neft-kimya sahəsinə qoyulan bu sərmayə ilə kompleks inşa olunacaq. Kompleks ildə 450 min ton polipropilen istehsal edəcək ki, gərəkli olan xam maddə əlbəttə ki, Əlcəzairdən tədarük ediləcək. Bu kompleksin fəaliyyətə başlamasıyla ölkəmizdə də cari kəsiri aradan qaldıracaq, xaricdən asılılığı da 25% azaldacağıq. Ölkələrimiz arasında ticarət həcmində sanki dopinq effekti yaradacaq bu sərmayənin indidən xeyirli olmasını arzulayım”.

47 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ