Türkiyə Azərbaycandan təbii qaz idxalını artırıb

Türkiyə Azərbaycandan təbii qaz idxalını artırıb

Türkiyənin təbii qaz idxalında Azərbaycanın payı 15,93 faizə çatıb.

OilGas.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bu ilin iyun ayında Türkiyə Azərbaycandan 575,05 milyon kubmetr təbii qaz idxal edib. Ötən ilin iyun ayında isə Türkiyənin ölkəmizdən təbii qaz idxalı 519,14 milyon kubmetr olmuşdu.

Bu ilin mayında Türkiyə Azərbaycandan 595,09 milyon kubmetr təbii qaz idxal edib. Ümumilikdə cari ilin yanvar-iyun aylarında isə Azərbaycandan Türkiyəyə 3 milyard 343,71 milyon kubmetr təbii qaz ixrac edilib.

OilGas.az

207 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ