“Türk Axını”nın investisiya məbləği 7 milyard dollara çatdırıldı

“Türk Axını”nın investisiya məbləği 7 milyard dollara çatdırıldı

Rusiyanın neft-qaz şirkəti “Gazprom” “Türk Axını” təbii qaz boru xətti layihəsində təxmini investisiya məbləğini 7 milyard dollara qədər yüksəldib.

OilGas.az türk mediasına istinadən xəbər verir ki, bu barədə “Gazprom”un İdarə Heyəti sədrinin müavini Andrey Kruqlov məlumat verib. Onun sözlərinə görə, layihə ilk olaraq “Gazprom” tərəfindən maliyyələşdiriləcək.

İlk planlaşdırmada təxmini sərmayə həcminin 6 milyard dollar olduğunu xatırladan Kruqlov aparılan hesablamalardan sonra məbləğin 1 milyard dollar da yüksəldiyini qeyd edib.

178 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ