“Türk axını”nın inşasında bir mərhələ tamamlandı

“Türk axını”nın inşasında bir mərhələ tamamlandı

“Türk axını” qaz kəmərinin birinci qolunun dəniz hissəsinin inşası başa çatıb.

OilGas.az xəbər verir ki, bu barədə “Qazprom” şirkətindən məlumat verilib.

Dərinsulu hissədə boru inşasının orta sürəti gündəlik 4,3 km təşkil edib. Layihə qrafikə uyğun olaraq Rusiya və Türkiyə sahillərində eyni zamanda reallaşdırılır.

Bildirilir ki, plana əsasən, “Pioneering Spirit” gəmisi qaz kəmərinin ikinci qolunun dərinsulu hissədə inşasını 2018-ci ilin üçüncü rübündə davam etdirəcək.

Rusiya və Türkiyə “Türk axını” layihəsinə dair hökumətlərarası müqaviləni 2016-cı il oktyabrın 10-da imzalayıblar. Layihə Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Kəmərin dəniz hissəsinin uzunluğu 910 kilometrə yaxın, quru hissəsi isə Türkiyə ərazisi üzrə 180 kilometrdir. Boru kəmərinin birinci xətti türk bazarı, ikincisi isə Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Layihənin 2019-cu il dekabrın 30-da istifadəyə verilməsi planlaşdırılır.

523 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ