“Türk axını”nın ikinci xəttinin inşasına başlanılıb

“Türk axını”nın ikinci xəttinin inşasına başlanılıb

“Türk axını” boru kəmərinin dəniz hissəsinin tikintisi davam edir.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın “Qazprom” şirkəti Qara dənizin dibində “Türk axını” boru kəmərinin ikinci xəttinin tikintisinə başlayıb. Məlumata görə, Qara dənizidə boru kəmərinin təxminən 25 kilometr hissəsi artıq inşa olunub.

Kəmərinin inşası İsveçrənin “Allseas” şirkətinə məxsus “Audacia” adlı gəmi ilə aparılır.

Qeyd edək ki, “Türk axını”nın birinci xəttinin tikintisinə may ayında başlanılıb. İşlər İsveçrənin “Allseas” şirkətinə məxsus “Audacia” adlı gəmi ilə aparılıb. Dənizin daha dərin hissəsində boru kəmərinin tikintisini isə “Pioneering Spirit” adlı vasitəsilə həyata keçirilib.

Xatırladaq ki, “Türk axını” layihəsi Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Rusiya və Türkiyə “Türk axını” layihəsinə dair hökumətlərarası müqaviləni 2016-cı il oktyabrın 10-da imzalayıblar. Boru kəmərinin birinci xətti türk bazarı, ikincisi isə Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Hər bir xəttin illik qazötürmə gücü 15,75 milyard kubmetrdir.

OilGas.az

250 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ