“Türk axını”nın ikinci xətti tamamlanmaq üzrədir

“Türk axını”nın ikinci xətti tamamlanmaq üzrədir

“Türk axını” təbii qaz boru xətti layihəsinin Kıyıköy terminalında işlər tamamlanmaq üzrədir.

Oilgas.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Türk axını” təbii qaz boru xətti layihəsinin Kıyıköy qaz qəbulu terminalının inşasının 95%-i tamamlanıb.

Layihənin inşasını həyata keçirən “South Stream Transport B.V” şirkətindən hər şeyin plan üzrə həyata keçirildiyi, Kıyıköy qaz qəbulu terminalının 95%-nin tamamlandığı və qaz daşınması prosesinə 2019-cu il başa çatmamış başlanacağı bildirilib.

Qeyd edək ki, “Türk axını” layihəsinin inşasında 1700 mütəxəssis iştirak edir.

Aqil Bəkir

1149 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ