“Türk axını” layihəsindəki ləngiməyə – Baş nazirdən açıqlama

“Türk axını” layihəsindəki ləngiməyə – Baş nazirdən açıqlama

Türkiyə Nazirlər Kabineti dövlət strukturlarına “Türk axını” kəmərinin tikintisindəki ləngimələri müəyyən etməyi tapşırıb.
Oilgas.az Türkyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Baş nazir Binəli Yıldırım tərəfindən imzalanan rəsmi açıqlamada deyilir.

““Türk axını” layihəsinin reallaşdırılmasına cəlb olunan bütün dövlət strukturları maksimum cəld, ahəngdar və effektik fəaliyyət göstərməlidirlər”, -deyə sənəddə bildirilir.

Qeyd edək ki, “Türk axını” layihəsi Rusiya qazının Türkiyədən Avropaya çatdırılmasını nəzərdə tutur. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Türk axını” üzrə Rusiya-Türkiyə əməkdaşlığının fəal inkişaf etdiyini bildirib.

Oilgas.az

398 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ