Trampdan neft qiymətini yüksəltmək üçün ilginc həmlə

Trampdan neft qiymətini yüksəltmək üçün ilginc həmlə

ABŞ prezidenti Donald Tramp İrana təzyiqləri artırmaq və bununla da dünya neft qiymətlərinə təsir etmək üçün milli təhlükəsizlik üzrə müşaviri postuna Con Boltonu təyin edib.

OilGas.az xəbər verir ki, belə bir iddia ilə analitiklərə istinad edən CNBC çıxış edib.

Nəşrin məlumatına görə, Bolton nüvə sazişi üzrə İrana təzyiqlərin gücləndirilməsini təkid edəcək. Böyük ehtimalla, ABŞ İran üzrə sazişdən çıxacaq və Orta Şərqdə siyasi vəziyyət daha gərgin olacaq. Bu isə İrana təsir edə, öz növbəsində neft qiymətlərinin yüksəlməsinə gətirib çıxara bilər.

“Mən hətta Con Boltondan daha dəqiq kadr dəyişikliyi düşünə bilmirəm. O siyasətdə qarşıdurma yanaşmasının köhnə tərəfdarıdır”, -deyə analitik Helima Kroft bildirib.

273 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ