Tramp və Duda razılaşdı – Müqavilə imzalanacaq

Tramp və Duda razılaşdı – Müqavilə imzalanacaq

ABŞ prezidenti Donaldt Tramp Varşavaya səfəri zamanı Polşa prezidenti Anjey Duda ilə görüşüb.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, səfərin nəticələri üzrə keçirilən mətbuat konfransında tərəflər ABŞ maye təbii qazının Polşaya daimi ixracı üzrə razılaşdıqlarını elan ediblər.

A.Dudanın sözlərinə görə, müqavilə ən qısa zamanda hər iki ölkənin neft-qaz sektorunun nümayəndələri tərəfindən imzalanacaq.

“Əgər bu bizdən asılı olsaydı, müqavilə yaxın 15 dəqiqə ərzində imzalanardı”, -deyə Tramp qeyd edib.

Gələcək qaz tədarükünün dəqiq həcmini nə Tramp, nə də Duda açıqlamayıb.

OilGas.az

 

203 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ