Tramp gözlənilən fərmanı imzaladı – Obama dövrünün qadağaları ləğv edilir

Tramp gözlənilən fərmanı imzaladı – Obama dövrünün qadağaları ləğv edilir

ABŞ prezidenti Donald Tramp dəniz şelfində qazma işləri üçün zonaların yenidən nəzərdən keçirilməsi barədə fərman imzalayıb.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu, ABŞ-da neft sənayesinin daha da inkişaf etməsi üçün faktiki impuls olacaq.

Yeni fərman Atlantik, Sakit və Şimalbuzlu okeanlarında və Meksika körfəzindəki hovuzlarda qazma işlərinə dair  qadağaları ləğv etməklə nəticələnə bilər. Belə ki, keçmiş prezident Barak Obamanın adminstrasiyası dəniz şelfini neft sektoru üçün bağlamışdı.

Qeyd edək ki, Tramp Obama dövründə tətbiq edilən ətraf mühitin mühafizəsinə dair tədbirləri ləğv etməyi vəd edib. Onun sözlərinə görə, bu tədbirlər energetikanın inkişafına mane olurdu.
OilGas.az

134 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ