Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
TPAO Ankarada neft axtaracaq
“Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti Ankara sərhədləri ərazisində 9 fərqli yerdə 5 il müddətinə neft axtaracaq.
Bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin Neft İşləri İdarəsi məlumat yayıb. Bildirilir ki, TPAO-ya Ankarada neft axtarışı üçün lisenziya verilib.
Qeyd edək ki, TPAO-nun xaricdəki istehsal fəaliyyətlərində 77 faizlə ilk yeri Azərbaycandakı layihələri tutur. TPAO “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrində 19 faizlik, Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsində 6,8 faizlik, “BTC Ko.”da isə 6,53 faizlik paya sahibdir. (AZƏRTAC)
OilGas.az
MÜZAKİRƏ