“Total” İranda fəaliyyətini dayandırdı – ABŞ-ın sanskiyasına görə

“Total” İranda fəaliyyətini dayandırdı – ABŞ-ın sanskiyasına görə

Fransanın “Total” neft şirkəti İranda fəaliyyətini dayandırıb.

OilGas.az xəbər verir ki, bu barədə məlumatı sözügedən şirkətin baş direktoru Patrik Puyanne verib.

Şirkət rəsmisi səbəb kimi ABŞ-ın İrana qarşı sanksiyalarını göstərib: “Biz ABŞ-ın qanunlarına əməl edirik. Bu səbəbdən gəlirli İran bazarından çıxırıq”.

Patrik Puyanne bildirib ki, ABŞ-ın maliyyə sisteminə daxil olmadan dünyanın 130 ölkəsi ilə əməkdaşlıq etmək mümkün deyil: “Cənubi Pars” qaz yatağının 11-ci fazasından çıxmaqla 40 milyon dollar ziyan edəcəyik. İldə 15 milyard sərmayə yatıran şirkətimiz üçün 40 milyon dollar heç nədir. Bir gün “Total” yenidən İrana qayıdacaq”.

274 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ