Total ilkə imza atdı – İranla 20 illik müqavilə

Total ilkə imza atdı – İranla 20 illik müqavilə

Fransanın neft-qaz şirkəti Total İranla qaz yatağının işlənməsi barədə müqavilə imzalayıb.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bazarertəsi Tehranda tərəflər arasında razılıq əldə olunub. Bununla da Total iqtisadi sanksiyaların ləğvindən sonra İrana qayıdan ilk qərb neft-qaz şirkəti olub.

Total Cənub Pars yatağının 11-ci ofşor hissəsinin işlənməsi üzrə konsorsiuma rəhbərlik edəcək. Konsorsium qrupda Total səhmlərin 50,1 faizinə sahibdir.  Səhmlərin 30 faizi Çin müəssisəsi CNPC-yə, 19,9 faizi isə İranın Pertopars şirkətinə məxsusdur.

Total Baş direktoru Patrik Puyanye İranın neft naziri Bijan Zanqane ilə dəyəri 4,8 milyard dollar olan müqavilə imzalayıb. Müqavilə 20 il üçün nəzərdə tutulub.

OilGas.az

 

133 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ