Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
“Total” hasilatı və gəlirlərini artırdı
2017-ci ilin ilk yarımilliyində Fransanın “Total” neft şirkətinin xalis mənfəəti 4,806 milyard dollar təşkil edib.
OilGas.az xarici mediaya istinadən xəbər verir ki, bu ilin ilk 6 ayında şirkətin xalis mənfəəti ötən ilin analoji dövrü ilə müqayisədə 28,54% artıb. Hesabat dövründə “Total” şirkətinin mədaxili 15,76% yüksələrək 81,098 mlrd. dollar təşkil edib.
Bu ilin ikinci rübündə şirkətin xalis mənfəəti 4,3% azalaraq 2,027 mlrd. dollara bərabər olub. Sözügedən dövrdə şirkətin mədaxili isə 7,26% artaraq 39,915 mlrd dollar təşkil edib.
“Total” şirkətinin neft məhsullarının satışı ikinci rübdə olduğu kimi ilk yarımillikdə də 2% aşağı düşüb. Şirkət bunu 2016-cı ildə Türkiyədəki yanacaqdoldurma məntəqələri şəbəkəsinin satışı ilə izah edir.
2017-ci ilin ilk yarımilliyində şirkətin karbohidrogen hasilatının ümumi həcmi gündəlik 2,534 barel neft ekvivalenti təşkil edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 3% daha çoxdur.
2017-ci ilin yekununda “Total” kabohidrogen istehsalını 4%-dən çox artırmağı planlaşdırır.
OilGas.az
MÜZAKİRƏ