Təyyarədə terror aktı – Kükürd qazıyla zəhərləməyə çalışdılar

Təyyarədə terror aktı – Kükürd qazıyla zəhərləməyə çalışdılar

Avstraliyada təyyarə göyərtəsində terror aktı törətməyə hazırlaşan dörd nəfər saxlanılıb.

OilGas.az The Australian nəşrinə istinadən xəbər verir ki, saxlanılanlar kükürd qazıyla sərnişinləri zəhərləməyi planlaşdırıblar. Plana əsasən, bütün sərnişinlər ya öldürülməli, ya da ən azından iflic edilməli olub.

Saxlanılanlar Avstraliya və Livan vətəndaşlarıdır. Onların Suriyada fəaliyyət göstərən terror qruplaşmasının üzvləri olduğu ehtimal edilir.

Lakin Avstraliya polisi terrorçuların planlarını tamamilə ifşa etdiyinə əmin deyil.

Hazırda Avstraliya hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib.

OilGas.az

236 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ