Təhsil idarəsində qaz sızma şübhəsi – 181 nəfər təxliyə olundu

Təhsil idarəsində qaz sızma şübhəsi – 181 nəfər təxliyə olundu

Voloqodsk əyalətinin Çerepovets şəhərində yerləşən təhsil idarəsinin əməkdaşları ziyarətçilərlə birlikdə təxliyə olunub.

OilGas.az TASS agentliyinə istinadən xəbər verir ki, buna səbəb magistral qaz kəmərindən sızma olması şübhəsidir.

“Təhsil idarəsinin binasından 181 nəfər təxliyə olunub. Onlar hamısı əməkdaşlar və ziyarətçilərdir. Binanın zirzəmisindən gələn qaz qoxusunu hiss ediblər. Təlimata uyğun davranıblar. Öncə təcili xidmət orqanlarını çağırıb təxliyə həyata keçiriblər”, -deyə Çerepovets şəhər meri Sergey Klimuşkin bildirib.

Onun sözlərinə görə, mütəxəssislər araşdırma apardıqdan sonra işçilərə binaya daxil olmağa icazə veriləcək.

457 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ