Qazın qiymətində kəskin bahalaşma

Qazın qiymətində kəskin bahalaşma

Böyük Britaniyada təbii qazın qiyməti bahalaşıb.

OilGas.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, “mavi yanacağ”ın qiyməti 2013-cü ilin dekabrından etibarən maksimal həddə yüksəlib.

Britaniyada gələn ay üçün fyuçers müqavilələrində təbii qazın dəyəri 23% yüksələrək 9,82 dollara çatıb.

Qeyd edək ki, qazın qiymətinin yüksəlməsinə səbəb bu gün Avropanın ən böyük qazpaylayıcı stansiyalarından birində baş verən partlayışdır.

Avstriyanın Baumqarten qaz paylayıcı mərkəzində baş verən partlayış nəticəsində İtaliya, Macarıstan və Slovakiyaya qaz nəqli dayandırılıb.

OilGas.az

265 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ