TAPI qaz kəmərinin Əfqanıstan hissəsinin təməli qoyuldu

TAPI qaz kəmərinin Əfqanıstan hissəsinin təməli qoyuldu

Bu gün Türkmənistan-Əfqanıstan sərhədində Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz boru kəmərinin Əfqanıstan hissəsinin təməlqoyma mərasimi keçirilib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, Sərhədabad şəhəri yaxınlığında baş tutan tədbirdə Türkmənistan Prezidenti Qurbanqulı Berdımühəmmədov, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani, Pakistanın baş naziri Şahid Xaqan Abbasi və Hindistanın xarici işlər naziri Mobaşar Caved Əkbər iştirak edib.

Qaz kəməri ilə yanaşı, Türkmənistan-Əfqanıstan-Pakistan marşrutu üzrə elektrikötürmə xəttinin və optik lifli rabitə xəttinin tikintisinin təməlqoyma mərasimi baş tutub, həmçinin Sərhədabad (Türkmənistan)-Turqundi (Əfqanıstan) dəmir yolu istismara verilib.

Qeyd edək ki, TAPI qaz xəttinin tikintisinə 2015-ci il dekabrın 13-də başlanıb. Tikintinin 2019-cu ilin dekabrında tamamlanması planlaşdırılır. Boru kəmərinin ümumi uzunluğu 1814 kilometr olacaq. Kəmərin illik gücü 33 milyard kubmetr təbii qaz təşkil edəcək.

142 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ