TAP üçün boruların Albaniyaya daşınması başa çatdırılıb

Trans-Adriatik Boru Kəmərinin (TAP) Albaniyanın quru hissəsinin inşasında istifadə üçün nəzərdə tutulan polad boruların sonuncu partiyası Durres limanında boşaldılıb.

OilGas.az TAP konsorsiumuna istinadən xəbər verir ki, “MV Galene M” yük gəmisindən boşaldılan sonuncu boruların sayı 726 ədəd olub. Bu, Almaniyada istehsal olunan boruların 15-ci partiyası olub.

2016-cı ilin aprel ayından etibarən Durres limanına ümumi çəkisi 200 min tondan çox olan təxminən 13 min ədəd boru, əymə, müxtəlif avadanlıq və maşınlar çatdırılıb.

OilGas.az

455 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ