Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
TAP-ın tikintisi 1 aylıq dayandırılıb
Trans-Adriatik Qaz Boru Kəməri (TAP) layihəsinin Albaniyadan keçən hissəsində aparılan tikinti işləri zamanı qədim yaşayış məskəninin izləri aşkarlanıb.
OilGas.az xəbər verir ki, qalıqlar Korçe vilayətinin Turan kəndi ərazisində tapılıb.
TAP-ın ekspertlərinin qiymətləndirməsinə əsasən, tapılan əşyalar eramızdan əvvəl X-IX əsrlərə məxsusdur. Layihənin podratçı tikinti işlərini dərhal dayandırıb. Tapıntılar barədə Albaniyanın Arxeoloji Xidmət üzrə Agentliyinə məlumat verilib. Hazırda alban arxeoloqlar tərəfindən ərazidə qazıntı işləri aparılır. Bildirilir ki, tikinti işləri azı 1 ay yubanacaq.
TAP-ın tarixi irs üzrə baş məsləhətçisi Nil Ferbern bildirib ki, konsorsium tarixi və mədəni irsin qorunmasına olduqca böyük əhəmiyyət verir. (APA)
OilGas.az
MÜZAKİRƏ