TAP-ın kompressor stansiyalarının tikintisinə başlanıldı

TAP-ın kompressor stansiyalarının tikintisinə başlanıldı

“Trans-Adriatik” (TAP) qaz boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə iki kompressor stansiyasının tikintisinə artıq başlanılıb.

OilGas.az xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində TAP-ın kommunikasiya rəhbəri Lisa Givert deyib.

O bildirib ki, kompressor stansiyalarının Mühəndislik, Təchizat və Tikintisi (EPC) üzrə podratçı – İtaliyanın “Renco S.p.A” və Yunanıstanın “Terna S.A.” birgə müəssisəsi tikinti işlərinə başlayıb. Hazırda ərazilərdə torpaq təmizləmə işləri görülür, həmçinin lazımi materiallar sahələrə çatdırılır. İşlər qrafik üzrə aparılır. Bundan başqa, Fierdə 4 minədək daş sütunun yığılması qrafikə uyğun olaraq başlayıb.

“Stansiyaların inşası təxminən iki il ərzində fasiləsiz həyata keçiriləcək”, – deyə L.Givert əlavə edib.

TAP qaz boru kəməri üçün lazım olan turbo kompressorlar “Siemens” şirkəti tərəfindən istehsal edilir və bu ilin sonuna kimi təhvil veriləcək.

OilGas.az

404 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ