TAP boru kəməri boyunca qaynaq işləri başa çatıb

TAP boru kəməri boyunca qaynaq işləri başa çatıb

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəmərinin (TAP) bütün marşrutu boyunca qaynaq işləri başa çatıb.

Oilgas.az bu barədə TAP AG konsorsiumuna istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, bu, Trans-Anadolu qaz kəmərindən (TANAP) İtaliyadakı qəbul terminalına qədər olan 878 kilometrlik hissənin birləşməsi deməkdir:

“Bu, Cənub Qaz Dəhlizinin açılması yolunda daha bir addımdır”.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaq. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.

2307 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ