TAP-a yeni direktor təyin edildi

TAP-a yeni direktor təyin edildi

TAP (Trans-Adriatik Boru Kəməri) konsorsiumuna yeni əməliyyatlar direktoru təyin edilib.

OilGas.az “Report”a istinadən xəbər verir ki, bu barədə konsorsium məlumat yayıb.

TAP-ın yeni əməliyyatlar direktoru vəzifəsini Rikardo Ruiz Nunyes icra edəcək.

Yeni əməliyyatlar direktoru “Enagas” şirkətinin müxtəlif müəssisələrində çalışıb və əməliyyat strategiyaları üzrə 20 ilə yaxın təcrübəsi var. O, TAP-a təyin olunmazdan əvvəl Peruda “Compania Operadora de gas del Amazonas”da baş əməliyyatlar müdiri vəzifəsində çalışıb.

OilGas.az

266 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ