Tanker qəzasının yol açdığı təhlükə: Faciənin qarşısını almaq çətin olacaq

Tanker qəzasının yol açdığı təhlükə: Faciənin qarşısını almaq çətin olacaq

Şərqi Çin dənizində 2 gün əvvəl baş verən qəzadan sonra hadisənin ətraf mühüt üçün fəlakətə çevrilməsinə dair narahatlıq artır.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, “Sanchi” adlı neft tankerində yanğının hələ də davam etdiyi bildirilir. Bundan əlavə, 30 İran və 2 Banqladeş vətəndaşı hələ də itkin hesab olunur.

ABŞ dəniz donanması xilasetmə işlərinə dəstək məqsədilə bölgəyə hərbi təyyarə göndərib.

Dənizə dağılan neftin ətraf mühüt üçün yaratdığı təhlükənin hansı həddə olduğu hələ ki bilinmir. Tankerin kondensat (yüngül neft) daşıdığı və xam neftdən daha böyük təhlükə yarada biləcəyi qeyd olunur.

BBC-yə açıqlama verən enerji üzrə ekspert Con Driskoll kondensat neftinin “qoxusuz və rənqsiz olduğu üçün dənizdə müəyyən edilməsi, yayılmasının qarşısının alınması və təmizlənməsi çox daha çətin olacaq”, -deyə bildirib.

Qeyd edək ki, qəza zamanı tankerdə 136 min ton İran nefti olub.

Xatırladaq ki, Panama bayrağı ilə İrandan Cənubi Koreyaya hərəkət edən “Sanchi” neft tankeri və Honkonqa məxsus yük gəmisi “CF CRYSTAL” toqquşub. Toqquşma nəticəsində tankerdə yanğın baş verib. İran şirkətinə məxsus tankerdə 32 nəfər (30-u İran, 2-si isə Banqladeş vətəndaşı), yük gəmisində 21 nəfər olub. Yük gəmisinin heyəti xilas edilsə də, tankerin heyətilə əlaqə itirilib.

OilGas.az

282 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ