TANAP-ın tikintisi dayandırıldı – SƏBƏB

TANAP-ın tikintisi dayandırıldı – SƏBƏB

Azərbaycanın Xəzər Dənizidəki Şahdəniz-2 yatağında hasil ediləcək təbii qazı  Türkiyə və buradan da Avropaya nəql edəcək Trans Anadolu qaz bor kəməri layihəsinin (TANAP) tikintisi müvəqqəti olaraq dayandırılıb.

OilGas.az Anadolu agentliyinə istinadən xəbər verir ki, buna səbəb Kütahyanın Domaniç ərazisində boru kəmərinin döşənməsi üçün aparılan qazıntı işlər zamanı Roma dövrünə aid məzarların tapılmasıdır.

Tikinti zamanı skelet və arxeoloji tapıntılara rastlayan işçilər dərhal Kütahya Muzeyinə məlumat veriblər. Hazırda ərazidə arxeoloji qazıntı işləri aparılır.

Muzey rəhbərliyi uzunluğu 100 və eni 5 metr olan ərazidə qazıntı işləri aparıldığını açıqlayıb:

“Tapılan və ya tapıla biləcək məzarları müəyyənləşdirməyə çalışırıq. Təxminlərimizə görə, II və III ərzə aid, Roma dövründə yaşayan insanların məzarlarıdır. İndiyə qədər 5 məzar tapılıb. Məzarlarda qadın, kişi və uşaq olduğu müəyyən olunub. İşləri davam etdirdikcə yeni məzarların ortaya çıxacağı gözlənilir. Bu işlər daha sonra bütün dünya elminə təqdim olunacaq”.

OilGas.az

221 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ