TANAP-ın rəsmi açılış mərasimi nə zaman olacaq? – Tarix açıqlandı

TANAP-ın rəsmi açılış mərasimi nə zaman olacaq? – Tarix açıqlandı

Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin rəsmi açılış mərasimi bu il iyunun 19-da baş tutacaq.

OilGas.az  Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev məlumat verib.

“Açılış mərasimi iyulun ilk həftəsində keçiriləcəkdi. Seçkilərlə əlaqədar, daha erkən vaxtda baş tutacaq. Layihə çətin idi, ancaq uğur qazana bildik. Xarici şirkətlərlə həyata keçirdiyimiz layihələrdə hər zaman gecikmə olurdu. Lakin Cənub Qaz Dəhlizi vaxtında tamamlandı. Bu tip layihələri dövlət dəstəyi olmadan reallaşdırmaq çox çətindir. Stratejik layihə olaraq qəbul edildi və dövlətlər tərəfindən tam dəstək təmin olundu”,-deyə V.Əliyev qeyd edib.

 

593 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ