TANAP-ın maliyyələşdirilməsi layihəsinin yekun icmalı

TANAP-ın maliyyələşdirilməsi layihəsinin yekun icmalı

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Transanadolu boru kəmərinin (TANAP) tikintisinə 500 milyon dollar həcmində kreditin ayrılmasını nəzərdə tutan layihənin yekun icmalını həyata keçirib.

OilGas.az trend-ə istinadən xəbər verir ki, bununla bağlı AYİB Direktorlar Şurasının qərarı gözlənilir. Bu qərarın bu il oktyabrın 18-də qəbul edilməsi planlaşdırılır.

Ayrılan vəsait “Cənub Qaz Dəhlizi” QSC-yə təqdim olunacaq.

OilGas.az

 

252 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ