TANAP-da yeni idarəetmə forması – “Qardaş payı” tətbiq ediləcək

TANAP-da yeni idarəetmə forması – “Qardaş payı” tətbiq ediləcək

Türkiyə və Azərbaycan Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsində “qardaş” idarəetməsi tətbiq edəcək.

OilGas.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, BOTAŞ və SOCAR layihəni idarə etmək üçün yarı yarıya ortaq olacaqları yeni bir şirkət quracaqlar. Bu şirkət TANAP layihəsini idarə etməklə yanaşı boru xəttinin təhlükəsizliyini təmin edəcək.

Qeyd edək ki, TANAP vasitəsilə Azərbaycanın “Şahdəniz” yatağından çıxarılan təbii qaz Türkiyəyə və Avropaya nəql olunacaq. Layihə çərçivəsində Gürcüstan sərhədindən başlayaraq Yunanıstan sərhədinə qədər Türkiyə ərazisində 1800 km uzunluğunda boru xətti döşənir. Xəttin Eskişehir hissəsi tamamlanıb, sınaqlar davam edir.

BOTAŞ iyulun 1-dən etibarən Eskişehirdən qaz almağa başlayacaq. Başlanğıc olaraq 10 milyard kubmetr qaz Avropaya, 6 milyard kubmetr qaz Türkiyəyə nəql olunmaqla, ümumilikdə ildə 16 milyard kubmetr qaz daşınacaq.

730 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ