Suriyada neft yataqları İŞİD-dən azad edildi

Suriyada neft yataqları İŞİD-dən azad edildi

Suriya ordusu dbir neçə neft yatağını İŞİD terrorçularından azad edib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, Rakka şəhərinin cənub qərbində yerləşən Əl-Habari neft yatağına nəzarət geri qaytarılıb. Bundan əlavə, Rakka şəhərindən 40 km məsafədə yerləşən Əs-Sura neft yatağı terrorçulardan azad edilib.

Evfrat çayının cənubunda hərbi əməliyyatlar gücləndirilib. Suriya Silahlı Qüvvələri Rakkanı Hama və Homs əyalətləri ilə birləşdirən Atraya-Rasafa şossesinin bir hissəsini də İŞİD terrorçularından azad ediblər.

OilGas.az

 

256 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ