Suriya müharibəsi: Neft sektorunun itkiləri neçə milyard dollardır?

Suriya müharibəsi: Neft sektorunun itkiləri neçə milyard dollardır?

Suriyada gedən daxili müharibə neft sektorundan da təsirsiz ötüşməyib.

OilGas.az xəbər verir ki, bu müddət ərzində ölkənin neft sektorunun itkiləri 68 milyard dollara çatıb.

Bu barədə Suriyanın neft və mineral ehtiyatlar naziri Əli Qanem açıqlama verib. Dövlət rəsmisi rəqəmin artacağını istisna etmədiyini bildirib.

Əli Qanemin sözlərinə görə, artıq ordunun azad etdiyi bölgələrdəki yataqlarda bərpa işləri aparılacaq.

OilGas.az

368 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ