Süheyl əl-Mazrui: OPEC+ bazarın bu il balanslaşacağını gözləyir

Süheyl əl-Mazrui: OPEC+ bazarın bu il balanslaşacağını gözləyir

OPEC və neft hasilatının azaldılmasına dair Vyana sazişinin digər iştirakçıları bazarın 2018-ci ilin sonlarına doğru balanslaşacağın gözləyirlər.

OilGas.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliyinin energetika naziri Süheyl əl-Mazrui bildirib.

Nazir bu il bazarın balanslaşması şansını müsbət dəyərləndirib. Əl-Mazrui neftə tələbin yüksəlməsini gözlədiyini də vurğulayıb.

Qeyd edək ki, 2017-ci ilin yekunlarına əsasən, sazişin şərtlərinə yerinə yetirilmə səviyyəsi 107% təşkil edib. 2018-ci ilin yanvarında isə bu göstərici rekord həddə – 133%-ə çatıb.

Xatırladaq ki, 2016-ci ilin dekabrında OPEC və kartelə daxil olmayan bir qrup neft istehsalçısı hasilatın azaldılmasına dair saziş imzalayıb. 2017-ci ilin birinci yarımilliyi üçün bağlanan sazişin müddəti 2018-ci ilin sonu qədər uzadılıb.

121 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ