Sualtı nüvə partlayışı və ya 72 il əvvəlki radioaktiv zəhərlənmə – VİDEO

Sualtı nüvə partlayışı və ya 72 il əvvəlki radioaktiv zəhərlənmə – VİDEO

1946-cı il iyulun 25-də ABŞ-da ilk sualtı nüvə partlayışını reallaşdırıblar.

OilGas.az xəbər verir ki, nüvə partlayışının gəmilərə necə təsir edəcəyini öyrənmək üçün 23 kiloton gücə malik “Baker” qurğusu 27 metr dərinlikdə yerləşdirilib. Sınaq o qədər uğurla baş tutub ki, sonrakı onilliklərdə ABŞ dəfələrlə analoji təcrübələr həyata keçirib. Lakin məlumatlar, xüsusilə də video qeydlər məxfi saxlanıb.

Qısa zaman öncə ABŞ Energetika Nazirliyinin Ernest Lourens adına milli laboratoriyadan olan fizik Greg Spriqqs sualtı nüvə partlayışına dair arxiv videonu sosial şəbəkədə yerləşdirib. Həmin görüntülərlə əks olunan partlayış 1958-ci ilin mayında Sakit okeanda “Hardtrack I” əməliyyatı çərçivəsində sınaq poliqonunda reallaşdırılıb.

Bu zaman “Umbrella” kod adı altındakı sualtı nüvə partlayışı xüsusilə fərqlənib. Sınaq üçün 8 kiloton gücə malik “Mk-7” bombasından istifadə olunub.

Hədəf qismində istismar müddəti bitmiş gəmilərdən, eləcə də bir neçə yapon kreyserindən istifadə olunub. Dalğaların hündürlüyü 30 metrə çatıb. Hədəf gəmilər qismən məhv edilib. Yerdə qalanlar isə 8000 rentgen/saat radioaktiv zəhərlənməyə məruz qalıb. Onu neytrallaşdırmaq mümkün olmayıb.

608 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ