Su axtarmaq üçün quyu qazdılar – Təbii qaz püskürdü

Su axtarmaq üçün quyu qazdılar – Təbii qaz püskürdü

Türkiyənin Niğde vilayətində içməli su axtarmaq üçün qazılan quyudan təbii qaz püskürüb.

OilGas.az türk mediasına istinadən xəbər verir ki, Mehmet Can adlı vətəndaşın bağçasında qazılan quyudan su ilə birlikdə çıxan qaz yanmağa başlayıb.

Hadisə ilə əlaqədar Ulukışla kəndinə jandarma və yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğının söndürülməsi işləri 6 saat davam edib. Ulukışla bələdiyyə başçısı Ali Uğurlu Mədən Texniki Axtarış şöbəsindən heyətin gələcəyini və araşdırma aparılacağını qeyd edib.

5513 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ