“Statoil”in adı dəyişdirilir

“Statoil”in adı dəyişdirilir

Norveçin “Statoil” neft-qaz şirkətinin adı dəyişdirilir.

OilGas.az xəbər verir ki, bu barədə şirkətin özü məlumat yayıb. “Statoil” şirkətinin Direktorlar Şurasının irəli sürdüyü təklifə əsasən, ad “Equinor”la əvəzlənə bilər. Bu ad 2 hissədən ibarətdir. “Equi” “bərabərlik” mənasını ifadə edir, “nor” isə şirkətin Norveç dövlətinə məxsusluğunu əks etdirir.

“Equinor adı şirkətdə baş verən dəyişiklikləri əks etdirir, eləcə də ötən il bəyan etdiyimiz təhlükəsizlik, yüksək dəyər və aşağı karbohidrogenli strategiyanı vurğulayır”, -deyə şirkətin Direktorlar Şurasının sədri Con Erik Reynhardsen bildirib.

“Statoil” şirkətinin prezidenti Eldar Setr isə hesab edir ki, yeni ad şirkətin dəyərlərini əks etdirir.

Şirkətin yeni adıyla bağlı yekun qərar mayın 15-də, səhmdarların illik toplantısında qəbul ediləcək. Şirkətin böyük səhmdarı olan Norveç hökumətinin bu təklifi dəstəklədiyi qeyd olunur.

149 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ