Qiymətli Kağızlar
-
TRYnan%
-
USDnan%
-
EURnan%
-
GBPnan%
-
RUBnan%
Qiymətli Metallar
-
Qızılnan%
-
Platinnan%
-
Gümüşnan%
-
Palladiumnan%
“Statoil” şirkəti yeni neft yatağı kəşf etdi
Norveç şirkəti “Statoil” Böyük Britaniya sahillərinin şimal-şərqində yeni neft yatağı kəşf etdiyini elan edib.
OilGas.az xarici mediaya istinadən xəbər verir ki, Şotlandiyanın ən böyük körfəzi Mori-Fertdə yerləşən yatağın ehtiyatları 130 milyon barel həcmində qiymətləndirilir.
Sözügedən layihədə Norveç şirkəti 70% paya sahibdir. “Statoil” şirkətinin iki digər tərəfdaşları “Jersey Oil and Gas” və “CIECO Exploration and Production” müvafiq olaraq 18% və 12% paya malikdirlər.
MÜZAKİRƏ