“Statoil” şirkəti Energetika Nazirliyində təqdimat edib

“Statoil” şirkəti Energetika Nazirliyində təqdimat edib

XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı çərçivəsində Bakıda səfərdə olan “Statoil” şirkətinin İT üzrə baş direktoru və Korporativ İT şöbəsinin baş vitse-prezidenti xanım Aşild Hanna Larsenin rəhbərlik etdiyi nümayəndə heyəti Energetika Nazirliyində olub.

Nazirlikdən OilGas.az-a verilən məlumata görə, Azərbaycanla “Statoil” arasında 25 ili əhatə edən uğurlu əməkdaşlıq əlaqələrini xatırladan energetika naziri Natiq Əliyev bu işbirliyinin ən mühüm töhfələrindən biri kimi neft sahəsində yeni texnologiyaların regiona gətirilməsi və bilik mübadiləsini qeyd edib. Bildirilib ki, dünyada dəyişən trendlər bütün sahələrdə, eləcə də enerji sahəsində də yeni texnologiyalara əsaslanmağı tələb edir. Enerji sektorunda rəqəmsal texnologiyaların tətbiqi xərcləri azaltmağa, vaxta qənaətə və prosesi tam nəzarətdə saxlamağa geniş imkanlar yaradır.

“Statoil” şirkətinin nümyanədəsi xanım Aşild Hanna Larsen enerji sektorunda rəqəmsallaşmanın üstünlükləri və həyata keçirdikləri pilot layihələr barədə məlumat verərək, enerjinin gələcək inkişaf yolunun rəqəmsallaşmadan keçdiyini əks etdirən müfəssəl təqdimatla çıxış edib.

N.Əliyev “Statoil”un enerji sahəsində İKT istiqamətində də nümunə olduğunu deyərək, bu təcrübə və biliklərin mübadiləsi, eləcə də yeni texnologiyaların tətbiqi ilə əlaqədar əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün bir sıra təkliflər irəli sürüb.

OilGas.az

147 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ