“Sonuncu neft bareli Səudiyyə Ərəbistanında istehsal olunacaq” – Energetika naziri

“Sonuncu neft bareli Səudiyyə Ərəbistanında istehsal olunacaq” – Energetika naziri

“Sonuncu neft bareli Səudiyyə Ərəbistanında istehsal olunacaq”

OilGas.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih deyib.

Onun sözlərinə görə, planetin sonuncu neft barelinin məhz öz ölkəsində “Saudi Aramco” şirkəti tərəfindən istehsal olunacaq.

Xalid əl-Falih “Future Investment İnitiative” forumunda çıxışı edərkən “Saudi Aramco”nun dünyadakı neft rezervinin ən azı dörddə birini öz əlində cəmləşdirdiyini və şirkətin dünyanın ən güvənilən neft tədarükçüsü olduğunu söyləyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun əsası 1933-cü ildə qoyulub. Mərkəzi ofisi Dahranda yerləşən şirkət demək olar ki, ölkənin bütün neft istehsalına nəzarət edir.

OilGas.az

190 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ