“Son 15 ildə 1222 yeni quyu istismara təhvil verilib”

“Son 15 ildə 1222 yeni quyu istismara təhvil verilib”

“Azərbaycan neftçiləri dünyada neft sənayesinin pionerləri kimi zəngin istehsalat təcrübəsinə sahibdirlər”

OilGas.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində deyib. SOCAR prezidenti qeyd edib ki, Azərbaycan neftçilərinin böyük məharəti, təcrübəsi və səriştəsi nəticəsində biz bir çox köhnə yataqlarda neft hasilatını stabil saxlamağa, hətta ayrı-ayrı yataqlar üzrə son illərin ən yüksək hasilat göstəricilərini əldə etməyə nail olmuşuq:

“Emal sənayesini xammalla təchiz etmək üçün Azərbaycan neftçilərinin qarşısında son illərdə duran əsas vəzifə hasilatın səviyyəsini sabit saxlamaq olub. Məlumdur ki, Azərbaycanın neft sənayesi qədim tarixə malikdir. Bu səbəbdən Azərbaycan neftçiləri dünyada neft sənayesinin pionerləri kimi zəngin istehsalat təcrübəsinə sahibdirlər. Ancaq, hazırda SOCAR-ın balansında olan bir çox neft yataqları uzun illər ərzində istismar edildiyi üçün köhnəlməkdədir, bu da öz növbəsində həmin yataqlarda hasilatın təbii azalması ilə nəticələnir. Buna baxmayaraq Azərbaycan neftçilərinin böyük məharəti, təcrübəsi və səriştəsi nəticəsində biz bir çox köhnə yataqlarda neft hasilatını stabil saxlamağa, hətta ayrı-ayrı yataqlar üzrə son illərin ən yüksək hasilat göstəricilərini əldə etməyə nail olmuşuq. Bu, ilk növbədə qazma işlərinin genişləndirilməsi nəticəsində mümkün olmuşdur. Son 15 il ərzində 2 milyon metrdən çox qazma işi həyata keçirilmiş və 1222 yeni quyu tikinti ilə başa çatdırılaraq istismara təhvil verilmişdir. Axtarış-qazma işləri, məlum olduğu kimi, böyük xərclər hesabına başa gəlir. Dövlət şirkəti olaraq SOCAR-ın bu nailiyyətlərində şübhəsiz ki, dövlətimizin və möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının dəstəyi və bütün bu işlərə məharətlə rəhbərlik etməsi müstəsna önəm daşıyır. Bu xəttin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur”.

62 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ