SOCAR Vyetnama hər ay 5 milyon barel neft ixrac edəcək

SOCAR Vyetnama hər ay 5 milyon barel neft ixrac edəcək

“SOCAR Trading” Vyetnam şirkətini ayda 3 milyon barel “Azeri Light” və 2 milyon barel digər markalı xam neftlə təmin edəcək.

OilGas.az xəbər verir ki, bununla bağlı “SOCAR Trading ilə Vyetnamın “Binh Son Refining and Petrochemical Co” şirkətləri arasında müqavilə imzalanıb. Müqavilə 2018-2021-ci illər ərzində qüvvədə olacaq.

Bu xammal şirkətin “Dung Quat” neft emalı zavodu üçün nəzərdə tutulub.

Qeyd edək ki, qərargahı Cenevrədə yerləşən “SOCAR Trading” şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin hasil etdiyi xam neft həcmlərinin Ceyhan limanından satışını, üçüncü tərəflərin neft və neft məhsullarının ticarətini həyata keçirir, eyni zamanda, logistika, emal və satış sahələrinə beynəlxalq sərmayə yatırımı kimi məsələlərdə ARDNŞ-yə yardım göstərir.

2008-ci ilin aprelində fəaliyyətə başlayan şirkət ARDNŞ-nin hasil etdiyi neftin Avropa, Asiya və Amerika istehlakçılarına çatdırılmasını təmin edir.

OilGas.az

118 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ