SOCAR və “Özbəkneftqaz” arasında memorandum imzalanıb

SOCAR-la “Özbəkneftqaz” arasında yataqların birgə işlənməsinə dair Memorandum imzalanıb.

OilGas.az AZƏRTAC-a istinadən xəbər verir ki, Daşkənddə keçirilən “Özbəkistanda Neft və Qaz-OGU 2017” adlı XXI Beynəlxalq sərgi və konfransı çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və Özbəkistan Baş nazirinin müavini Qulamcon İbrahimov arasında görüş keçirilib.

Görüşdə Azərbaycanla Özbəkistan arasında əlaqələrin genişləndirilməsi qeyd olunub. Bildirilib ki, ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən neft-qaz sahəsində əməkdaşlıq durmadan inkişaf edir.

Görüşdə SOCAR və “Özbəkneftqaz” arasında əməkdaşlığın daha da inkişafı istiqamətində geniş fikir mübadiləsi aparılıb, Azərbaycanda və Özbəkistanda yataqların birgə işlənməsi ilə bağlı da müzakirələr aparılıb.

Sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Özbəkneftqaz”ın sədri Alişer Sultanov SOCAR-la “Özbəkneftqaz” arasında yataqların birgə işlənməsi ilə bağlı Memorandum imzalayıblar.

OilGas.az

355 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ