SOCAR və “LUKoil” danışıqlar aparır – Türkiyə enerji bazarı diqqət mərkəzində

SOCAR və “LUKoil” danışıqlar aparır – Türkiyə enerji bazarı diqqət mərkəzində

Rusiyanın neft şirkəti “LUKoil” və Azərbaycanın Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin enerji sahəsinə ortaq sərmayə yatırmaq üçün danışıqlara başlayıb.

OilGas.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “LUKoil” şirkətinin təchizat və satış üzrə baş vitse-prezidenti Vadim Vorobyov məlumat verib. Onun sözlərinə görə, tərəflər üçüncü şirkətlərin aktivlərinin satın alınması üzrə müzakirə aparıblar. Lakin hələ hər hansı konkret nəticə əldə olunmayıb.

Vorobyov Türkiyə neft məhsulları bazarının şirkət üçün önəmindən bəhs edib:

“Türkiyə neft məhsulları bazarı bizim üçün strateji önəm daşıyır. Bazardakı payımızı artırmaq üçün yeni seçimlər axtarışındayıq. Türkiyəyə təxminən 1 milyard dollar sərmayə yatırdıq. Türkiyə yanacaq bazarı bizim üçün cəzbediciliyini qoruyur”.

Şirkətin 40 ölkədə fəaliyyət göstərdiyini deyən Vorobyov neft, təbii qaz və neft-kimya ilə yanaşı elektrik enerji istehsalı sahəsində də çalışmağa başladıqlarını qeyd edib.

Baş vitse-prezidentin sözlərinə görə, “LUKoil” Türkiyə yanacaq bazarında 5-6% pay sahibidir. 2000-2010-cu illərdə Türkiyədəki şirkətlər Avropadakılarına nisbətən daha çox qazanc əldə edib:

“Biz sərmayə yatırdıqdan sonra Türkiyədə kontorlarla bağlı mənfi proseslər baş verdi. Diler marjının aşağı salınmasıyla bağlı bir məsələ aktuallaşdı. Bu məsələ bizi narahat edir, lakin bu məhdudlaşdırılmanın bəzi səbəbləri ola biləcəyini ya da müvəqqəti bir vəziyyət olduğunu düşünürük. Bu vəziyyətə rəğmən Türkiyə bazarından razıyıq. Bazardan geri çəkilməyi qətiyyən düşünmürük”.

OilGas.az

 

 

 

231 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ