SOCAR və Çin şirkəti birgə müəssisə yaradır – Müqavilə imzalandı

SOCAR və Çin şirkəti birgə müəssisə yaradır – Müqavilə imzalandı

SOCAR-la Çin Milli Neft Şirkətinin (“CNPC”) törəməsi olan “BGP Inc.” şirkəti arasında birgə müəssisənin yaradılmasına dair Təsis Müqaviləsi imzalanıb.

OilGas.az xəbər verir ki, imzalanma mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, birinci vitse-prezident, akademik Xoşbəxt Yusifzadə, Geologiya və geofizika məsələləri üzrə vitse-prezident Bəhram Hüseynov və “BGP Inc.” şirkətinin prezidenti Gou Liang, eləcə də hər iki şirkətin digər yüksək vəzifəli şəxsləri iştirak edib.

R. Abdullayev bildirib ki, bu gün SOCAR bütün sahələrdə müasir texnologiyalardan istifadə etməklə yanaşı, həm də fərqli və alternativ üslubları sınamaqla yeni yataqların kəşf edilməsi və hasilat səviyyəsinin davamlı stabilləşməsi üçün çalışır. Çinin BGP şirkəti ilə geoloji və geofiziki işlər üzrə birgə müəssisənin yaradılması bu sahədə alternativ baxış gətirərək, hər iki ölkənin mütəxəssisləri arasında qarşıtərəfli fayda kəsb edəcək təcrübə mübadiləsi üçün münbit zəmin yaradır.

BGP-nin əsas fəaliyyət sahələrinə quruda, keçid zonasında və dənizdə kəşfiyyat işlərinin aparılması, o cümlədən mürəkkəb əməliyyatlar aparmaqla seysmik məlumatların əldə edilməsi, emalı və interpretasiyası, seysmik avadanlıqların istehsalı və əlaqədar informasiya-kommunikasiya texnologiyaları (İKT) xidmətlərinin göstərilməsi daxildir.

1233 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ