SOCAR Ukraynada qaz satışı üçün lisenziya alıb

SOCAR Ukraynada qaz satışı üçün lisenziya alıb

Ukraynada energetika və kommunal xidmətlər üzrə tənzimlənməni həyata keçirən milli komissiya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti olan “SOCAR Ukraine” Ticarət evinə Ukraynaya təbii qaz tədarükü üçün lisenziya verib.

OilGas.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən qərar bu gün keçirilən iclasında qəbul edilib. “SOCAR Ukraina” ilə yanaşı Ukraynanın “Gaztron-Ukraine” şirkəti də ölkədə təbii qaz ticarəti üçün lisenziya alıb.

Qeyd edək ki, iyulun 1-dən qüvvəyə minəcək qanuna əsasən, “Ukrtransgas” Milli Komissiyanın lisenziyası olmayan şirkətlərin qaz nəqli üçün ərizəsini qəbul edə bilməyəcək. Hazırda 239 şirkətin belə lisenziyası var.

OilGas.az

209 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ