SOCAR Türkiyədə yeni neft-kimya layihəsi həyata keçirəcək

SOCAR Türkiyədə yeni neft-kimya layihəsi həyata keçirəcək

“Azərbaycanın Türkiyəyə yatırdığı investisiyanın məbləği 19,5 milyard dollara yüksəlib. Bu investisiyalar arasında mühüm yer tutan “Star” neft emalı zavodunda tikinti işləri qrafik üzrə irəliləyir”.

OilGas.az xəbər verir ki, bunu “Anadolu” agentliyinə müsahibəsində Azərbaycan Dövlət Neft Şikrətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, 2018-ci ilin sentyabr ayına qədər zavod istehsala başlayacaq:

“Zavodda istehsal olunan məhsulların artıq Türkiyədə satışına başlanacaq. Bu isə Türkiyədə cari kəsirin azaldılmasına böyük rol oynayacaq. Star neft emalı zavodu Türkiyənin 2,5 milyard dollarlıq cari kəsirini bağlayacaq. Star neft emalı zavoduna ümumi investisiya miqdarını hələ ki, dəqiq olaraq hesablamaq mümkün deyil. Çünki layihə davam edir. Lakin indiyə qədər yatırılan investisiyanın məbləği 6 milyard dollardan artıqdır”.

R.Abdullayev qeyd edib ki, zavoddan sonra 3 milyard dollar investisiya dəyəri olan neft-kimya layihəsinə başlanacaq:

“Bu layihənin 2023-cü ilə qədər tamamlanması üçün əlimizdən gələni edirik. İşlərimizə ara vermədən davam edirik. Türkiyənin neft-kimya məhsullarından qaynaqlanan 11,5 milyard dollarlıq cari kəsiri var. Biz də Türkiyədə həyata keçirməyi planlaşdırdığımız bu yeni layihələrlə neft-kimya sektorunda cari kəsiri 3 milyard dollar həcmində azaltmağa çalışırıq”.

OilGas.az

173 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ