“SOCAR Turkey Enerji” və BP arasında lisenziya müqaviləsi imzalandı

“SOCAR Turkey Enerji” və BP arasında lisenziya müqaviləsi imzalandı

SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan “SOCAR Turkey Enerji” və BP şirkəti arasında lisenziya müqaviləsi imzalanıb.

OilGas.az xəbər verir ki, bu barədə BP şirkəti məlumat yayıb.

Müqaviləyə əsasən, “SOCAR Turkey Enerji” Saf Tereftal turşusu (PTA) istehsalı üçün yeni nəsil texnologiyanı BP-dən təmin edəcək.

Həmin texnologiya şirkətin Əliağada inşa etdiyi illik 900 min ton istehsal gücündə olacaq yeni neft emalı zavodunda istifadə edəcək.

Qeyd edək ki, zavod 2023-cü ildə yekun investisiya qərarının qəbulundan sonra istismara veriləcək.

166 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ