“SOCAR Trading”: Neftin qiyməti uzun müddət 60 dolları keçməyəcək

“SOCAR Trading”: Neftin qiyməti uzun müddət 60 dolları keçməyəcək

“Dünya birjalarında neftin qiyməti uzun müddət ərzində 40-60 dollar dəhlizində dəyişəcək”.

OilGas.az “APA”-ya istinadən xəbər verir ki, bu barədə “SOCAR Trading” şirkətinin icraçı direktoru Arzu Əzimov bildirib.

“Barrel üçün 40-60 dollar – günümüzün yeni reallığıdır. Qlobal istehsalçılar bunu qəbul etməlidirlər”, – deyə icraçı direktor qeyd edib.

Hazırda Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,36 dollar və ya 0,69% artaraq 52,24 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,34 dollar və ya 0,58% artaraq 58,78 dollar olub.

OilGas.az

131 baxış
BƏNZƏR XƏBƏRLƏR
MÜZAKİRƏ